Futbol üzrə Bakı şəhər birinciliyi keçirilib
Yanvarın 13-də "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbinin Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən stadionda Bakı şəhəri və Abşeron rayonunda futbol idman növünü təbliğ və inkişaf etdirmək, həmçinin gəncləri futbol ilə müntəzəm məşğul olmağa cəlb etmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Kəndlər Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında futbol turnirinə start verilib.

Turnirin ilk oyununda Binəqədi rayonunun “Vətən” və Bakı şəhərinin “Fənərbaxça” komandaları qarşılaşıblar. Oyun 3:1 hesabı ilə “Fənərbaxça” komandasının xeyrinə başa çatıb.

Xəbər 3275 dəfə oxundu.