Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbər 747 dəfə oxundu.