“Kəpəz” ilk hazırlıq oyununu keçirdi
Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən “Kəpəz” toplanış müddətində ilk yoxlama oyununu keçirib. Yevlaxda məskunlaşan “sarı-göylər” əvəzedici heyətlə qarşılaşıblar.

Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk yarıda Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və iki dəfə Julien Ebah fərqlənib.

Qeyd edək ki, hər iki komandanın baş məşqçisi hər hissədə fərqli heyətə şans verib.

Xəbər 695 dəfə oxundu.