Cüdo üzrə Azərbaycan yığması ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
Mövsüm hazırlığına Braziliyada start verən cüdo üzrə Azərbaycan yığması okeanın o tayında təlim-məşq toplanışı davam etdirir.

Azərbaycan cüdoçuları növbəti həftə Braziliyanın San-Paulu şəhərindən birbaşa Kubada təşkil ediləcək Havana Qran-prisinə yollanacaqlar.

Hazırda yığmanın əvəzedici heyəti isə Avropada səfərdədir. Millimizin ikinci heyəti bir çox dünya komandalarının hazırlıq keçdiyi Avstriyanın Mittersil təlim-məşq düşərgəsində hazırlığı davam etdirir.

Xəbər 822 dəfə oxundu.