Azərbaycan millisi Gürcüstan və İran boksçuları ilə birgə hazırlıq keçir
Ötən ili tarixi uğurlarla başa vuran boks üzrə Azərbaycan milli komandası yeni ilə də ciddi hazırlıqlarla başlayıb.

Müəyyən fasilədən sonra idmançılarımız baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışındadır.

Hazırlığa iki komanda cəlb olunub. Boks üzrə Mərakeş milli komandasından sonra Gürcüstan və İran komandaları da paytaxtımızın qonağıdır. Həmin ölkələrin boksçuları Azərbaycan idmançıları ilə birlikdə məşqləri davam etdirirlər.

Komandamız hazırlıq prosesini tam heyətlə davam etdirir.

Təlim-məşq toplanışına bir müddət əvvəl yekunlaşan Azərbaycan çempionatının qalibləri də qoşulub.

Boksçularımızı qarşıda iki beynəlxalq turnir gözləyir. Onlar əvvəlcə Macarıstan, daha sonra isə Bolqarıstanda rinqə çıxacaqlar.

Xəbər 846 dəfə oxundu.