Qəbələnin sabiq məşqçisi özünə yeni iş yeri tapdı | |
Xəbər verdiyimiz kimi, ukraynalı məşqçi Andrey Qluşenko "Qəbələ" ilə yollarını ayırıb. Artıq o, özünə yeni klub da tapıb. Qluşenko bundan sonra Odessa "Çernomorets"ində çalışacaq. O, klubun U-21 və U-19 komandalarında qapıçıları hazırlaşdıracaq. Xatırladaq ki, vaxtilə bu komandada Roman Qriqorçukla işləmiş mütəxəssis 2011-ci ildən 2014-cü ilədək işlədiyi "Çernomorets"dən məhz "Qəbələ"yə gəlmişdi. Amma ailə vəziyyətini əsas gətirən ukraynalı məşqçi yenidən ölkəsinə qayıtmağa qərar verib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|