"Neftçi" sabah "CBC Sport kuboku"nda ilk oyununu keçirəcək
“Neftçi” PFK AFFA, PFL və CBC Sport telekanalının birgə təşkilatçılığı ilə keçiriləcək “CBC Sport kuboku”nda iştirak edəcək. 6 klubun iki qrupda mübarizə aparacağı yarışda komandamızın B qrupundakı rəqibləri AZAL və MOİK olacaq. “Neftçi” yanvarın 14-də AZAL, 18-də isə MOİK-lə qarşılaşacaq.

A qrupunda “Rəvan”, “Neftçala” və “Şərurspor” klubları yarışacaqlar. Qrup qalibləri yanvarın 24-də baş tutacaq final matçında üz-üzə gələcəklər. Bütün oyunlar “Bayıl Arena”da keçiriləcək və saat 13:00-da başlanacaq.`

Xəbər 694 dəfə oxundu.