“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib
Yanvarın 13-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XV turu çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Gənclik” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Azərreyl” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabındakı xalların sayını 22-yə çatdıran “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Telekom” komandası 20 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 701 dəfə oxundu.