Bakının “İnter” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 13-də ilk yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Almaniyanın “Verder” klubunun 23 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Almaniya klubu minimal hesablı qələbə qazanıb – 1:0.

“İnter”in Antalya toplanışında daha üç yoxlama oyunu keçirməsi planlaşdırılır. “Verder”in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. “İnter” yanvarın 19-da Çexiyanın “Slovan”, bundan dörd gün sonra isə Qazaxıstanın “Atırau” kollektivi ilə üz-üzə gələcək.

Xəbər 703 dəfə oxundu.