Bakı birinciliyi davam edir
Yanvarın 11-də Şağan Olimpiya İdman Kompleksində startı verilmiş cüdo üzrə açıq Bakı birinciliyi davam edir. Paytaxt və bölgələrdən 38 komandanın tərkibində 1024 idmançının qatıldığı yarışda cüdoçular iki yaş qrupu üzrə mübarizə aparırlar.

2002-2003-cü il təvəllüdlülərdə 508 (483 oğlan, 25 qız), 2004-2005-ci il təvəllüdlülərdə isə 516 (494 oğlan, 22 qız) cüdoçu qalib adı uğrunda yarışır.

Paytaxt birinciliyinə yanvarın 14-də yekun vurulacaq.

Xəbər 636 dəfə oxundu.