“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Almaniyaya yollanıb
“Qəbələ” futbol klubunun müdafiəçisi Ruslan Abışov Antalyadan Almaniyaya yollanıb.

Belində ağrılar hiss edən Azərbaycan milli komandasının futbolçusu Almaniyanın Münxen şəhərində həkim müayinəsindən keçəcək.

Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.

Xəbər 704 dəfə oxundu.