“Gənclik” voleybol komandası “Azəryol”a qalib gəlib
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının təxirə salınmış VIII turu çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Gənclik” komandası “Azəryol”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Gənclik” komandası 3:2 hesabı ilə qalib gəlib.

Turnir cədvəlinə 20 xalla “Telekom” komandası liderlik edir. “Azərreyl” 19 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 795 dəfə oxundu.