“Qarabağ” klubu hollandiyalı hücumçunu heyətindən kənarlaşdırıb
Antalyada qış-təlim məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu hollandiyalı futbolçu Rydell Poepon ilə yollarını ayırıb.

Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşmaya əsasən xitam verilib.

Futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək. Forvard Hollandiyanın “Roda” klubu ilə müqavilə imzalayıb. Artıq bu barədə sözügedən klubun rəsmi saytı da məlumat yayıb.

Xəbər 643 dəfə oxundu.