“Qarabağ” klubu iki futbolçusunu icarəyə verib
“Qarabağ” daha iki gənc futbolçusunu icarəyə verib.

Antalyada qış-təlim məşq toplanışında olan Qurban Qurbanovun komandası Vüqar Mustafayev və Namiq Ələsgərovu müvafiq olaraq “Zirə” və “Kəpəz”in düşərgələrinə göndərib.

Adı çəkilən futbolçular daha çox oyun praktikası qazanmaq üçün bu mövsümün sonunadək “Zirə” və “Kəpəz”in uğurları üçün çalışacaqlar.

Xəbər 674 dəfə oxundu.