Millimizin futbolçusu “Beşikdaş”a qarşı
Bu gün Türkiyə Superliqasının XXVI turu çərçivəsində növbəti matçlar oynanılacaq. İdman.com.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Cihan Özqaranın çıxış etdiyi “Sivasspor” öz meydanında “Beşikdaş”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, “Sivasspor” hazırda 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər 931 dəfə oxundu.