“Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb
Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb.

Qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik “Kəpəz”i tərk edib.

Hücumçu cari mövsümdə 17 oyunda meydana çıxıb və rəqib qapısından iki qol keçirib. A.Sitnik “Qəbələ” və “Sumqayıt” ilə səfər oyunlarında fərqlənib.

Xəbər 673 dəfə oxundu.