Tanınmış şahmatçı Vüqar Həşimovun vəfatından iki il ötür
Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür.

Yanvarın 11-də Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanı üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailə üzvləri mərhum şahmatçının məzarını ziyarət edib, abidəsi önünə gül dəstəsi qoyublar.

Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. Bu il də həmin turnirin keçirilməsi üçün lazımi tədbirlər görüləcək.

Xəbər 676 dəfə oxundu.