Millimiz “Antalya Cup” turnirində iştirak edəcək
Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

Hazırlıq prosesi çərçivəsində yığmamız “Antalya Cup” turnirində iştirak edəcək.

Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq.

Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22, 24, 26-da və 28-də keçiriləcək.

Xəbər 646 dəfə oxundu.