Azərbaycan millisi 2016-cı ildə ilk oyununu Qazaxıstan yığmasına qarşı keçirəcək
Futbol üzrə Azərbaycan yığmasının yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib.

Millimiz 2016-cı ildə ilk matçını Qazaxıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Baş məşqçi Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaqlar.

Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Xəbər 722 dəfə oxundu.