Ukraynalı arbitr 2015-ci ildə qadınlar arasında ən yaxşı futbol hakimi sayılıb
Ukraynalı Yekaterina Monzul Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2015-ci ildə dünyada ən yaxşı qadın arbitr sayılıb.

50 ölkədə keçirilən sorğuda mütəxəssislər tərəfindən dəstək alan Y.Monzul böyük fərqlə qalib gəlib.

Ukraynalı mütəxəssis son iki ilin qalibi Bibiana Ştaynhausu (Almaniya) 79 bal qabaqlayıb.

Ötən il qadınlar arasında dünya çempionatının oyunlarını idarə edən Y.Monzul Yaponiya və ABŞ komandaları arasında final matçına hakimlik edib.

AZƏRTAC

Xəbər 839 dəfə oxundu.