Azərbaycan Taekvondo Federasiyası tərəfindən məşqçi-müəllimlər üçün seminar təşkil edilir
Azərbaycan Taekvondo Federasiyası tərəfindən məşqçi-müəllimlər üçün seminar təşkil edilir.

Federasiyanın inzibati binasının taekvondo zalında başlayan seminar yanvarın 10-dək davam edəcək.

İkinci dan qara kəmər sahibi olan məşqçi-müəllimlərin qatıldığı seminara Azərbaycan Taekvondo Federasiyasının texniki direktoru, beynəlxalq dərəcəli hakim Oh Kvanq Çol rəhbərlik edir.

İmtahanları müvəffəqiyyətlə başa vuran məşqçi-müəllimlərə müvafiq sertifikatlar təqdim olunacaq.

Xəbər 890 dəfə oxundu.