Afrika Futbol Konfederasiyası 2015-ci ilin ən yaxşı oyunçularının adlarını açıqlayıb
Afrika Futbol Konfederasiyası 2015-ci ilin ən yaxşı oyunçularının adlarını açıqlayıb.

“Borussiya” (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq 143 səslə birinci olub. İkinci sırada "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture qərarlaşıb. Ture 136 səs toplayıb. İlk üçlüyü "Suonsi"nin xavbeki Andre Ayu qapayıb.

Ən yaxşı gənc futbolçu adına isə Nigeriyanın U-17 komandasının üzvü Viktor Osimhen layiq görülüb. Afrikada çıxış edən ən yaxşı futbolçu tanzaniyalı hücumçu Mbvana Samatta seçilib. Nəhayət, ilin ən yaxşı baş məşqçisi Kot-d`İvuar yığmasının çalışdırıcısı Erve Renar olub.

Xəbər 689 dəfə oxundu.