Baş İdarə tərəfindən paytaxt yarışlarına start verilib
Yarışlar Respublika Olimpiya Mərkəzində, Respublika Atıcılıq Mərkəzində, Şağan Olimpiya İdman Kompleksində və Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçiriləcək.

Yarışların keçirilmə vaxtları aşağıdakı kimidir:

Respublika Olimpiya Mərkəzində 6-7 noyabr 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər birinciliyi 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar arasında;

Respublika Olimpiya Mərkəzində 8-9 noyabr 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər çempionatı;

Respublika Olimpiya Mərkəzində 22-23 noyabr 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər çempionatı 2001-2002-ci il təvəllüdlü idmançılar arasında;

Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində 5-9 noyabr 2016-cı il tarixdə boks üzrə Bakı şəhər birinciliyi;

Respublika Atıcılıq Mərkəzində 8-13 noyabr 2016-cı il tarixdə güllə atıcılığı üzrə Bakı şəhər çempionatı;

Şağan Olimpiya İdman Kompleksində 11-14 noyabr 2016-cı il tarixdə cüdo üzrə Bakı şəhər açıq çempionatı 2002-2003 və 2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək.

Xəbər 586 dəfə oxundu.