Qarabağ tək məşqlə davam edir
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Рazırlığın ikinci günündə komandanın proramında 1 məşq vardı.

Ağdam təmsilçisi ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 10:30-da yollanıb. Komandanın çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda "kvadrat" oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.

Xəbər 721 dəfə oxundu.