Atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək
Yanvarın 8-də Nərimanov rayonundakı Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən keçiriləcək çempionatda müxtəlif klubları təmsil edən kişi və qadın idmançılar mübarizə aparacaqlar. Yarış müxtəlif məsafələrə qaçış, hündürlüyə, uzunluğa və üçtəkanla tullanma, yadro itələmə və digər növlər üzrə təşkil ediləcək.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 744 dəfə oxundu.