Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib
FİFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda 296 xala malik yığmamız 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olmuşdu.

Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 4-də açıqlanacaq.

Xəbər 686 dəfə oxundu.