“Xəzər-Lənkəran” klubu qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək
“Xəzər-Lənkəran” futbol klubu qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.

Komanda yanvarın 8-də Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək. Baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında yanvarın 13-dək Lənkəranda hazırlaşacaq komanda daha sonra məşqlərini Bakıda davam etdirəcək.

Xəbər 742 dəfə oxundu.