“Xəzər Lənkəran” sabah toplanışa başlayır
Dövrələr arası fasilə müddətində “Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək. Komandamız sabah Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək və saat 16.00-da ilk məşqinə çıxacaq. Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq “Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək. Komandamızın yoxlama oyunları barədə isə əlavə məlumat veriləcək.

Xəbər 689 dəfə oxundu.