“Sumqayıt” qapıçı problemini həll etdi
“Sumqayıt” klubu növbəti transferini rəsmiləşdirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, futbolçu karyerasına Moskva “Spartak”ında başlayan Ruslan Məcidov, bu komanda ilə 1,5 illik müqaviləyə imza atıb.

26 yaşlı qolkiper paytaxt klubundan başqa, Rusiyanın “Kristall”, “Vidnoye” və “Anji” kimi klubların formasını geyinib. 2006-07 mövsümündə Polşanın “Vidzev” klubunda çıxış edən Məcidov “Neftçi”, “Gənclərbirliyi” və “Gəncə”nin şərəfini qoruyub.

O, “Sumqayıt”a keçidi ilə bağlı açıqlama verib: “Sumqayıt”a keçidimə görə çox şadam. İndi əvvəlkindən daha çox çalışmalıyam. Öz üzərimdə işləyib əvvəlki formamı qaytaracağıma inanıram”.
Qeyd edək ki, “Sumqayıt” Məcidovdan əvvəl Uğur Pamuk, Tərlan Quliyev və Yasin Abbasovu heyətinə qatmışdı.

Xəbər 973 dəfə oxundu.