Praqada ənənəvi şahmat festivalına start verilir
Praqada ənənəvi şahmat festivalına start verilir. Festivalda Azərbaycan şahmatçıları da iştirak edəcək.

Festivalın əsas turnirində Azərbaycan idmanının şərəfini beynəlxalq dərəcəli usta Bəhruz Rzayev (2400) qoruyacaq. Azərbaycanın qadın şahmatçılarının nümayəndəsi Sədaqət Abbasova (1731) isə “B” turnirində çıxış edəcək.

Çexiyada həmvətənlərimizin rəqibləri yerli şahmatçılarla yanaşı Monqolustan, Slovakiya, Ukrayna, Rusiya, Almaniya, Türkiyə, Bolqarıstan, Danimarka, Polşa, Ukrayna və başqa ölkələrin nümayəndələri olacaq.

İllik şahmat festivalı 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 660 dəfə oxundu.