Astarada Budo döyüş növü üzrə Dünya Kuboku yarışı keçirilib
27-31 dekabr tarixlərdə Bakı şəhərində keçirilən Budo döyüş növü üzrə Dünya Kuboku yarışında astaralı idmançı Zamin Baxşiyev (60 kq) Qarışıq Döyüş Növü (M M A) üzrə bürünc medal qazanıb.

Yanvarın 5-də Astara Rayon Gənlər və İdman İdarəsində idmançı ilə görüş keçirilib. Astara RGİİ-nin rəisi Ə.Əliyev idmançını təbrik edib və ona yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Zamin Baxşiyev VKC karate üzrə qara kəmər ustasıdır və hazırda Astara şəhər 5 saylı tam orta məktəbin idman zalında məşqçi –müəllim kimi yeniyetmə və gənclərə təlim məşqləri keçir.

Xəbər 1673 dəfə oxundu.