Azərbaycan U-17 - Bolqarıstan U-17: Məşqçi fikirləri

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Bolqarıstan U-17 oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): "Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq. Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq”.

Viktorio Pavlov (Bolqarıstan yığmasının baş məşqçisi): “Ümumi götürsək, bərabər oyun oldu. Məncə, birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.

Xəbər 754 dəfə oxundu.