Azərbaycan nümayəndəsi Bazeldə keçirilən turnirdə qalib gəlib
Bazeldə keçirilən beynəlxalq şahmat festivalı başa çatıb.

Festivalın Masters turnirində Azərbaycan nümayəndəsi qrossmeyster Arkadi Naydiç 7 mümkün xaldan 5,5 xal toplayaraq qalib gəlib.

Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Artur Paypers (Hollandiya), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Andreas Hayman, Yan Mik Şprenqer (hər ikisi - Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalıblar.

Sonuncu turda qara fiqurlarla oynayan Azərbaycan nümayəndəsi serbiyalı qrossmeyster Mixac Stoyanoviçə qalib gəlib.

Xəbər 694 dəfə oxundu.