“AZAL-Arena” yenilənir
Dövrələrarası fasilədən istifadə edən AZAL PFK-nın rəhbərliyi stadionun ot örtüyünün yenilənməsi üçün işlərə start verib. Ötən ilin dekabrın 25-də işlərə başlayan türkiyəli mütəxəssislər tərtib olunan iş qrafikinə uygun olaraq bayram günlərində də çalışmalarını davam etdiriblər. Artıq “AZAL-Arena”nın süni ötrüklü meydançasında işlərin birinci mərhələsinə yekun vurulub. Bu müddət ərzində meydançadan keyfiyyətdən düşmüş 25 tona yaxın rezin dənəciklər çıxarılıb. Türkiyənin “Nurteks” şirkətinin əməkdaşı Hasan Saylının rəhbərlik etdiyi işçi qrupu sabahdan etibarən yeni rezin dənəciklərin səpilməsi ilə məşgul olacaq. Yanvarın 8-də isə AZAL PFK-nın əsas heyəti yeni meydançada ilk məşqini keçirə biləcək.

Xəbər 635 dəfə oxundu.