Bakıda təşkil olunacaq Böyük dəbilqənin tarixi dəqiqləşib
Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb. 2016-cı ildə keçiriləcək yarışlar arasında Bakıda təşkil olunacaq “Böyük dəbilqə”nin də tarixi dəqiqləşib.
Ənənəvi olaraq paytaxtımızda baş tutan turnir maya təsadüf edəcək. Mayın 6-da start götürəcək “Böyük dəbilqə” 3 gün sonra başa çatacaq.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk 7 yeri tutanlar, müvafiq olaraq 500, 300, 200, 100 və 80 lisenziya xalı qazanırlar.

Xəbər 937 dəfə oxundu.