Millimiz beynəlxalq turnirdə Bolqarıstan yığması ilə qarşılaşacaq | |
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə ikinci turun oyunları keçiriləcək. “C” qrupunda yer alan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Bolqarıstanın U-19 komandası ilə qüvvəsini sınayacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Qeyd edək ki, millimizin Latviyanın U-19 komandası ilə turnirin ilk matçında keçirdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. |
|
Xəbər 690 dəfə oxundu. |
|
|