Yığmamızın turnirdə ikinci oyunu
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

Yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər 695 dəfə oxundu.