Qaçışçılarımızın Belarus sınağı
Fevralın 9-11-də Belarusun Mogilyov şəhərində atletika üzrə açıq ölkə çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Ukrayna, Türkiyə və Gürcüstanın da idmançıları mübarizə aparacaqlar.

Milli komandamızın üzvlərindən Hayle İbrahimov (3000 m, Avropa çempionatının gümüş və bürünc mükafatçısı) və Layeş Abdullayeva (3000 m, yeniyetmələr arasında 2 qat Avropa çempionu, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı) qaçış zolağına çıxacaqlar.
Qeyd edək ki, atletlərimiz bir müddət əvvəl Belarusa yollanıblar və hazırda Mogilyovda təlim-məşq toplanışındadırlar.

Xəbər 1276 dəfə oxundu.