Şahmat poeziyasına həsr edilmiş həyat
İdman ustası Kənan Vəlixanov Azərbaycanda şahmat kompozisiyasının inkişafına kömək məqsədilə “Şahmat poeziyasına həsr edilmiş həyat” adlı kitab yazıb.

Müəllifin şahmat yaradıcılığına həsr edilmiş bu kitabda şahmat məsələlərinin və etüdlərin tərtib edilməsi texnikası ətraflı şərh edilir. 184 səhifədən ibarət kitab rəngli illüstrasiyalarla təchiz edilib.

Xatırladaq ki, Kənan Vəlixanov şahmat kompozisiyası üzrə dünya kubokunun sahibidir.

Kitab kommersiya məqsədi ilə deyil, şahmat kompozisiyasının inkişafına kömək üçün hazırlanıb.

Xəbər 653 dəfə oxundu.