Natalya Məmmədova: Qonaq komandanı qiymətləndirməmək olmaz | |
“Bakıdakı cavab oyununa nikbin baxırıq. Heç kim bədbinliyə qapılmır”. İdman..az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib. Komandasının kapitanı bu gün Avrora Çempionlar Liqasının 1/8 final mərhələsində “Atom”la (Polşa) cavab matçı barədə fikrini açıqlayıb. Millimizin voleybolçusunun sözünə görə, mərhələ adlamaqla bağlı üzərlərinə düşən çətin vəzifənin öhdəsindən gəlmək gücündədirlər: “Qonaq komandanı qiymətləndirməmək olmaz. Bu bizim üçün çox çətin matç olacaq. Belə revanş matçında özümüzü necə göstərə biləcəyimizi azarkeşlərimiz də görəcək”. Qeyd edək ki, “Rabitə” Sopotda baş tutan ilk qarşılaşmada 1:3 hesabı ilə uduzmuşdu. |
|
Xəbər 953 dəfə oxundu. |
|
|