“Qatar Masters open 2015” beynəlxalq şahmat turniri başa çatıb
“Qatar Masters open 2015” beynəlxalq şahmat turniri başa çatıb.

Sonuncu turda Rusiya təmsilçisi Senan Syuqirova məğlub olan təmsilçimiz Şəhriyar Məmmədyarov turnir cədvəlini 5.5 xalla 20-ci pillədə başa vurub. Yarışın qalibi isə 9 oyundan aktivinə 7 xal yazan hazırki dünya çempionu Maqnus Karlsen olub. Çin şahmatçısı Yu Yangyi də 7 xal toplasa da əlavə göstəricilərə görə 2-ci yerin sahibi olub.

Qeyd edək ki, turnirdə 30 ölkədən Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirdilər. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

Xəbər 692 dəfə oxundu.