"Qəbələ"nin hücumçusu karyerasını Argentinada davam etdirəcək
"Qəbələ" futbol klubunun hücumçusu Fakunda Pereyra qış transfer pəncərəsi dönəmində komandadan ayrılıb.

Argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək. İyirmi səkkiz yaşlı F.Pereyra Argentinanın "Rasinq" klubu ilə müqavilə imzalayıb.

Xatırladaq ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan hücumçu cari mövsümün əvvəlindən icarə əsasında "Qəbələ"də çıxış edib və keçirdiyi 18 oyunda 5 qol vurub.

Xəbər 702 dəfə oxundu.