“Muşina”-“Azəryol” voleybol oyununun hakimləri müəyyənləşib
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib.

Bakı təmsilçisi yanvarın 19-da Polşada "Muşina" komandasının qonağı olacaq. Görüşü baş hakim, rusiyalı Aleksandr Pavlov idarə edəcək. Ona danimarkalı həmkarı Enqborq Morten Klein kömək edəcək.

Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 730 dəfə oxundu.