"Kəpəz" klubu çempionatın ikinci hissəsinə ölkə daxilində hazırlaşacaq
Gəncənin “Kəpəz” klubu futbol üzrə Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Klubunun hazırlıq planı iki hissədən ibarətdir.

"Kəpəz" əvvəlcə Yevlaxda məşq edəcək. Komanda yanvarın 10-da Yevlaxda toplanacaq və burada bir həftə müddətində fiziki hazırlıq keçəcək. Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda yanvarın 20-dən 28-dək paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.

Hazırlıq planına əsasən, Gəncə təmsilçisi üç yoxlama oyunu keçirəcək. Bu görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.

Xəbər 674 dəfə oxundu.