Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 2-də Sankt-Peterburqa gəlib.

Yığmamız "Zenit" İdman Oyunları Sarayında ilk məşqinə çıxıb.

Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində ilk oyununu yanvarın 4-də "Peterburqski" İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcəklər.

Xəbər 684 dəfə oxundu.