Futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb
Fevralın 2-də Serbiyanın paytaxtı Belqradda start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.

Azərbaycan yığması "Avro-2016"nın ilk matçında İtaliya idmançıları ilə qarşılaşacaq. Fevralın 3-nə təyin olunmuş görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Həmyerlilərimiz ikinci oyunu fevralın 5-də Çexiya komandasına qarşı keçirəcəklər.

Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq.

Xəbər 847 dəfə oxundu.