Taekvondo üzrə Azərbaycan çempionatlarına yekun vurulub
Taekvondo üzrə böyüklər və gənclər arasında Azərbaycan çempionatlarına yekun vurulub. Yarışlarda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Klubun idmançılar, ümumilikdə, 10 medala sahib olublar.

Böyüklərin yarışında Məcid Sofiyev (54 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Mehtiyev (63 kq), Əli Axundov (68 kq) 3-cü olublar. Qadınların mübarizəsində isə Dilarə Həsənova (57 kq) və Günay Ağayeva (53 kq) bürünc medal qazanıblar. Beləliklə, 1 qızıl, 4 bürünc medal qazanan "Qəbələ" taekvondoçuları komanda hesabında 5-ci yeri tutublar.

Gənclərin respublika birinciliyində isə Diana Hacıəliyeva (49 kq) qızların, Fərhan Məmmədli (78 kq) və Orxan Tağızadə (+78 kq) isə oğlanların yarışında turniri birinci yerdə başa vurublar. Nərgiz Mirzəyeva (42 kq) ilə Nicat Əsgərli (63 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafatla kifayətləniblər. Beləliklə, 3 qızıl və 2 gümüş medal qazanan "Qəbələ"li gənclər komanda hesabında yalnız “Gilan”dan geri qalaraq ikinci olublar. ("Qəbələ İK")

Xəbər 1088 dəfə oxundu.