Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı başa çatıb
“Neftçi” futbol klubunun təşkilati dəstəyi ilə keçirilmiş Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı başa çatıb.

Turnirin qalibi “Come back” komandası olub. İkinci yeri “Assasins”, üçüncü pilləni isə “Casablanca” tutub. Ən sərrast futbolçu adını Elşad Hüseynov qazanıb. Ali təhsil ocağında keçirilmiş mükafatlandırma mərasimində qaliblər kubok və medallarla yanaşı “NeftçiVİP” üzvlük kartları ilə təltif ediliblər.

Mükafatları “Neftçi”nin idman direktoru Vəli Qasımov, universitetin daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə və klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev təqdim ediblər.

Xəbər 704 dəfə oxundu.