Azərbaycan yığmalarının baş məşqçiləri yeni il təbrikləri ilə çıxış ediblər
Futbol üzrə Azərbaycan yığmalarının baş məşqçiləri yeni il təbrikləri ilə çıxış ediblər.

Millimizin çalışdırıcısı Robert Prosineçki və qızlardan ibarət U-21 yığmamızın baş məşqçisi Patrisia Qonzales Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

R.Prosineçki və P.Qonzales təbriklərini AFFA-nın “youtube” səhifəsi vasitəsilə çatdırıblar. Hər iki məşqçi 2016-cı illə bağlı qısaca planlarından da söz açıblar.

Xəbər 1073 dəfə oxundu.