4 futbolçumuz Azərbaycan yığmasında
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın əsas heyətinin 4 futbolçusu – Elşən Abdullayev, Məqsəd İsayev, Rahil Məmmədov və Fəhmin Muradbəyli dəvət olunublar.

Xəbər 681 dəfə oxundu.